- Xəbər news
- 22:34 14.11.2024
Braziliyanın "Korintians" klubu futbolçusu Villianla yollarını ayırıb.
Corner.az "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin müqaviləsi vaxtından əvvəl ləğv olunub.
34 yaşlı oyunçu azarkeşlər tərəfindən təhdid olunduğu üçün bu qərarı qəbul etdiyini bildirib: "Bu gün "Korintians"la vidalaşarkən kluba və mənə böyük dəstək olan azarkeşlərə bu köynəyi yenidən geyinmək imkanı verdiyi üçün təşəkkürümü bildirirəm.Braziliyaya hədə-qorxu ilə üzləşmək üçün gəlməmişəm. Təəssüf ki, ailəm və mən davamlı təhdidlərə görə üz-üzə gəldim.Həyat yoldaşıma, qızlarıma, bir müddət sonra isə atam və bacıma hücum etməyə başladılar Mən və klub üçün daha yaxşı olacağını düşünərək müqaviləni ləğv etmək qərarına gəldim. Kluba uğurlar arzulayıram".
Qeyd edək ki, Villian İngiltərədə "Çelsi" və "Arsenal" klublarının formasını geyinib.