Futbol üzrə İsveçrə çempionatında 5-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Syon”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Renat da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Komandasının 63-cü dəqiqədə vurduğu ikinci qolun müəllifi də millimizin hücumçusu olub.
“Qrasshopper” hazırda 9 xalla 10 kollektiv arasında zirvədə qərarlaşıb.