Futbol üzrə Polşa çempionatında 5-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Poqon”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. Cari mövsümdəki əvvəlki dörd oyunu ehtiyatdan izləyən millimizin üzvü, bu dəfə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qoluna da məhz Anton imza atıb. Müdafiəçi 88-ci dəqiqədə rəqib qapısına yol tapmaqla Plotsk təmsilçisini məğlubiyyətdən xilas edib.
Bu mövsüm ilk xal itkisi ilə üzləşən “Visla” 5 turdan sonra 13 xalla 18 iştirakçı arasında liderdir.