26 noyabr 2024. Çərşənbə axşamı

Millimizin sabiq üzvü: Betona bənzəyirdi, onunla toqquşmayasan


Millimizin sabiq üzvü: Betona bənzəyirdi, onunla toqquşmayasan

Azərbaycan millisinin sabiq futbolçusu Tuğrul Erat Almaniya mətbuatına müsahibə verib. Corner.az saytı xəbər verir ki, ötən günlərdə Almaniyanın 5-ci liqa təmsilçisi “Union Nettetal”la müqavilə imzalayan 30 yaşlı müdafiəçi yığmamızda keçirdiyi günlərə də toxunub. Erat 2014-2015-ci illərdə Azərbaycan yığmasında keçirdiyi 3 matçla bağlı xoş xatirələrini bölüşüb.

- Futbolda çox şey yaşamısınız, Azərbaycan millisi ilə yanaşı, “Fortuna”, “Duysburq” kimi klublarda oynamısınız. Həvəskar komanda olan “Union Nettetal”da nə edirsiniz?
- Valideynlərim Türkiyədən Almaniyaya köçdükdən sonra Nettetalda böyümüşəm və indi də burada yaşayıram. Daha yüksək səviyyəli klublardan təkliflər almışam. Amma illər sonra evə qayıtmaq mənim üçün xoşdur. Baş məşqçi və idman direktoru ilə müsbət söhbətlərim olub. Başqa klublarda 13 il keçirdikdən sonra yenidən gənclik komandama qayıtmağı üstün tutdum.

- Bəs necə oldu ki, Azərbaycan millisində çıxış etdin?
- 2013-cü ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət aldım. O vaxt “Fortuna”da çıxış edirdim, Bundesliqa II-yə yeni yüksəlmişdik. “Fortuna”nın U-23 komandasındakı məşqçim Taşkın Aksoy o vaxt Azərbaycanın U-21 yığmasını çalışdıran Bernhard Lippertlə təmas qurmağıma vasitəçilik elədi. Yalnız Türkiyə pasportum var idi. Amma babam Azərbaycandan olduğuna görə, oranın vətəndaşlığını almaq problem olmadı. Ondan əvvəl bir neçə gün Türkiyə millisinə dəvət alacağına ümid edirdim. Eyni zamanda beynəlxalq arenada oynamaq həvəsim çox yüksək idi. Azərbaycan tərəfi ilə hər şey çox tez baş verdi.

- Azərbaycanı tanıyırdınız və özünüzü necə tanıtdınız?
- Xeyr, heç vaxt orada olmamışdım. Amma Türkiyə və Azərbaycan qardaş xalqlardır. Orada özümü dərhal rahat hiss etdim, xüsusən də, insanlar türkcə anlayıb danışdıqları üçün.

- 2014-cü ildə baş məşqçi Berti Foqtsun rəhbərliyi altında Filippinlə (1:0) yoldaşlıq görüşündə debüt etdiniz...
- Bəli, çox həyəcanlı idim. İctimaiyyət arasında qəbul edildiyindən, Foqtsu fərqli tanıdım. Mənə qarşı çox mehriban rahat idi. Altı ay sonra isə vəzifəsindən istefa verdi və mən də milliyə dəvət almadım.

- AVRO-2016-nın seçmə mərhələsində evdə İtaliyaya 1:3 hesabı ilə məğlub olduğunuz görüşün sonlarında meydanda oldunuz. Həmin matç necə xatirənizdə qalıb?
- Bu, diqqət çəkən oyun olmuşdu. Nettetaldan olan oğlan Canluici Buffon, Corcio Kyellini, Leonardo Bonuççi və digər italyan ulduzlarına qarşı idi. Kyellini betona bənzəyirdi, gərək onunla toqquşmayasan. Əks təqdirdə özünə zərər verməmək üçün diqqətli olmalısan. 1:3 hesabı ilə uduzduq və mənə cəmi 16 dəqiqə oynamağa icazə verildi. Amma bu xoş xatirəni məndən heç kim ala bilməz. Təəssüf ki, Andrea Pirlo yox idi, bir gün əvvəl zədələnmişdi. Buna baxmayaraq, onunla selfi çəkdim.








Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir