5 dekabr 2025. Cümə

FİFA da Rayola'nı cəzalandırdı


FİFA da Rayola'nı cəzalandırdı

İtaliya Futbol Federasiyasının himayəsi altında olan İdman Agentləri Birliyinin tanınmış menecer Mino Rayolanı cəzalandırıb.

Corner.az xəbər verir ki, FİFA İntizam Komitəsi də Rayolaya 3 aylıq cəza verib. Bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.FİFA, Rayolanın cəzasını təsdiqləyib və ona cəzasının müddəti bitənə qədər transfer danışıqları aparmağı qadağan edib. Rayola ilə yanaşı, onun qohumu olan menecer Vinçenso Rayolaya da 2 aylıq cəzalandırılıb.

Mino Rayola Pol Poqba, Zlatan İbrahimoviç, Matteys de Liqt, Mario Balotelli, G.Donnarumma, Moise Kean, Marko Verratti kimi futbolçuların meneceridir.







Xəbər news