24 oktyabr 2024. Cümə axşamı

Bizdə Azərbaycan kimi asan rəqiblər yoxdur


Bizdə Azərbaycan kimi asan rəqiblər yoxdur
Futbol üzrə Braziliya millisinin baş məşqçisi Tite PSJ-nin futbolçusu Kilian Mbappenin dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Avropadan daha asan olması ilə bağlı fikirlərinə münasibət bildirib. Corner.az xəbər verir ki, 61 yaşlı mütəxəssis ESPN telekanalına müsahibəsində fransız forvardla razılaşmadığını söyləyib.
 
O, Cənubi Amerika ölkələri arasındakı duellər "köhnə qitə"dəkindən qat-qat çətin və balanslı olduğunu bildirib "Boliviyada, Uruqvayda oynamaq asan deyil. Amma təbii ki, Mbappe bundan xəbərsizdir. Üstəlik, bizdə asanlıqla xal ala biləcəyimiz Azərbaycan kimi rəqib yoxdur".
 
Tite 2016-cı ildən Braziliya millisinə rəhbərlik edir.






Xəbər news