24 oktyabr 2024. Cümə axşamı

Mətbuat sadəcə yalan danışır - Ronaldo


Mətbuat sadəcə yalan danışır - Ronaldo

“Hər kəs hər şeyi öyrənəcək.Mətbuat sadəcə yalan danışır”.

Corner.az xəbər verir ki, bunu "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo sosial şəbəkədəki hesabında yazıb.

"Bir neçə həftədən sonra müsahibə verəcəm və hamı hər şeyi biləcək. Media sadəcə yalan danışır. Son bir neçə ayda mənim haqqımda etdikləri 100 xəbərdən yalnız 5-i doğrudur. Təsəvvür edin ki, bu necədir! ", - 37 yaşlı futbolçu yazıb.

Yerli mətbuatda yayılan xəbərlərə görə, Ronaldo komandanın Çempionlar Liqasında iştirak etməyəcəyinə görə “Mançester Yunayted”dən ayrılmaq istəyir. 







Xəbər news