2 fevral 2026. Bazar ertəsi

Mövsümün ən yaxşı qadın futbolçusu və baş məşqçisi adına namizədlər açıqlandı


Mövsümün ən yaxşı qadın futbolçusu və baş məşqçisi adına namizədlər açıqlandı

UEFA ötən mövsümün ən yaxşı qadın futbolçusu adına namizədlərin qısaldılmış siyahısını açıqlayıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 3 oyunçu yer alıb. Bunlar İngiltərə "Arsenal"ının hücumçusu Bet Mid, Almaniya "Volfsburq"unun forvardı Lena Oberdorf və İspaniya "Barselona"sının yarımmüdafiəçisi Aleksiya Putelyasdır.

Mövsümün ən yaxşı qadın baş məşqçisi adına isə Fransa "Lion"undan Sonya Bompastor, Almaniya millisindən Martina Foss-Teklenburg və İngiltərə yığmasından Sarina Viqman iddia edir.


Qeyd edək ki, qaliblərin adları avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Tədbir Türkiyənin İstanbul şəhərində baş tutacaq.








Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO