Son illər dünyada o cümlədən Azərbaycanda “patı”, “şüşə”, “metamfetamin”, "kakos" kimi adlanan süni narkotik vasitələrin istifadəçilərinin sayı durmadan artır. Ən pisi odur ki, yeniyetmələr, gənclər də bu bəlaya düçar olur.
Müasir dünyanın bəlasına çevrilən bütün digər ölümlərin - qəzaların, xəstəliklərin və s. bərabərində bütün dövrlərin bəlası olan "Ağ ölüm" kimi ifadə edilən narkomaniya, təəssüflər olsun ki, hər zamankı kimi bu gün də aktualdır. Narkomaniya tək bir cəmiyyətin deyil, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün bəşər övladının bəlasıdır.
Dünya praktikasında narkomaniyaya qurşanmağın səbəbləri müxtəlif göstərildiyi kimi, ondan (uzaq) və xilas olmağın da, yolları müxtəlifdir. Bu xilas yolunda idmanın rolu böyükdür. Yeniyetmə və gənclərin əsasən vaxtının səmərəli keçirilməsində, peşəkar olmasada həvəskar kimi idmanla məşğul olmaları üçün ölkəmizdə kifayət qədər açıq havada məşq etməyə yerlər (stadionlar, idman zalları) vardır.
Son vaxtlar bəzi idmançıların da, bu bəlaya düçar olmalarını görür və eşidirik. Bəzən bunu bizə ironiya ilə bildirirlər. Biz isə, cavabında deyirik. Narkotika yüzlərlə idmançını öz sərfi ucbatından tələyə sala bilsə də, milyonlarla insan peşəkar olmasa belə öz həyat tərzlərini idmanla formalaşdırırlar.
Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının
Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev