- Xəbər news
- 01:00 22.01.2026
İtaliya A Seriyasının 36-cı turunda “Roma”ya məğlub olan "Juventus"un hücumçusu Cristiano Ronaldo ilə rəqib futbolçusu Alessandro Florensi arasında mübahisə yaşanıb.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, matçın 59-cu dəqiqəsində yaşanan qarşıdurmada Ronaldo rəqibini ələ salıb. Portuqaliyalı hücumçu əvvəlcə Florensiyə sakit qalmasını istəyib, daha sonra isə əli ilə onun boyunun balaca olmasına işarə edib.