Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Moskva “Lokomotiv”ini qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Ayaz da bu oyunun iştirakçısı olub. “Ximki”də debüt edən futbolçu son 26 dəqiqədə mübarizə aparıb.
“Ximki” 6 turdan sonra 7 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.