24 oktyabr 2024. Cümə axşamı

Dadaşovun komandası kubokda darmadağınla mərhələ adladı


Dadaşovun komandası kubokda darmadağınla mərhələ adladı
Futbol üzrə İsveçrə kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” də ölkə kubokunda ilk matçına çıxıb.
 
Sözügedən komanda səfərdə aşağı liqa təmsilçisi "Vettsvil-Bonştetten"in qonağı olub. Görüşdə darmadağınla qalib gələn “Qrasshopper” növbəti mərhələyə adlayıb. 0:4
 
Renat bu görüşün iştirakçısı olmayıb. Koronavirusdan yenicə sağalmış hücumçunun adı bu oyunun iştirak ərizəsinə də daxil edilməyib.






Xəbər news