- Xəbər news
- 22:34 14.11.2024
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 2022/2023 mövsümü üçün Avropanın 23 liqasında qalib olacaq komandaları təxmin edib.
Corner.az CIES-in rəsmi saytına istinadən xəbər verir ki, proqnozlar komandaların əvvəlki iki mövsümdəki çıxışları, hazırkı oyunçuların təcrübə kapitalı və klubların transfer bazarındakı xərclərinə əsasən qeydə alınıb.
CIES İngiltərədə "Mançester Siti"nin, İspaniyada "Real Madrid"in, Almaniyada "Bavariya"nın, İtaliyada "İnter"in, Fransada isə PSJ-nin bu mövsüm çempion olacağını yazıb.
Qurum iddia edir ki, Türkiyədə "Fənərbaxça", Xorvatiyada isə Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin forma geyindi "Dinamo" (Zaqreb) komandası bu titula sahib olacaq.