- Xəbər news
- 01:00 22.01.2026
"Milan” klubu 2022/23 mövsümü üçün üçüncü formasını təqdim edib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, forma zeytun yaşılı rəngində hazırlanıb.
Forma bu sözlərlə təqdim olunub:
“2022/23 mövsümünün üçüncü forması fərqlənən və heç vaxt geri çəkilməyənlər üçündür”.
“Milan” bu mövsüm A Seriyasında 2 tura 4 xal toplayıb.