2 fevral 2026. Bazar ertəsi

Barselona Mançester Siti ilə oynayacaq, əldə olunan gəlir ...


Barselona Mançester Siti ilə oynayacaq, əldə olunan gəlir ...

Avqustun 24-də keçiriləcək “Barselona” və “Mançester Siti” arasındakı yoldaşlıq oyunu hazırda müalicəsi olmayan degenerativ xəstəlik olan yanal amiotrofik sklerozdan əziyyət çəkən insanlarla həmrəylik şüarı altında baş tutacaq.

Corner.az xəbər verir ki, bu barədə “Barselona”nın rəsmi saytı məlumat yayıb. Matçın səfiri “Barselona”nın keçmiş qapıçısı və analoji xəstəlikdən əziyyət çəkən məşqçi Xuan Karlos Unsue olacaq.

Qarşılaşma avqustun 24-də, Barselonada keçiriləcək. Satışdan əldə olunan gəlirin hamısı “Luzon Fondu”na gedəcək. Bu fond ALS xəstələrinə dəstək məqsədi daşıyır.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO