Futbol üzrə Ukrayna Premyer Liqasında 2022/23 mövsümünə start verilib. Corner.az xəbər verir ki, Rusiyanın bu ölkəyə hərbi müdaxiləsinə görə 6 ay futbolsuz qalan Ukraynada yeni mövsümün açılış matçı çərçivəsində Donetsk “Şaxtyor”u Xarkov “Metallist”ini qəbul edib.
Kiyevdəki “Olimpiya” stadionunda baş tutan matçda hesab açılmayıb.
Günün digər oyunlarında Odessa “Çernomorets”i “Veres-Rivne”yə, “Krivbass” “Kolos”a 0:1 hesabıyla məğlub olub. Luqansk “Zarya”sı isə “Vorskla” üzərində 3:1 hesablı qələbə qazanıb.
Müharibə səbəbindən oyunlar yalnız Kiyevdə və daha etibarlı olan qərb bölgəsində azarkeşsiz keçirilir. Görüşlərin keçirildiyi stadionlarda xüsusi sığınacaqlar da qurulub.