2 fevral 2026. Bazar ertəsi

Qarabağ'a eşq olsun! - Orxan Məmmədov


Qarabağ'a eşq olsun! - Orxan Məmmədov
“Son nəfəsinə gədər və bütün gücünü meydanda qoyaraq mübarizə aparan “Qarabağ”a eşq olsun! Bizlərə yenidən Avropa Liqası həyəcanını yaşadacağına görə bu böyük kluba – “Qarabağ”a təşəkkür edirik! Böyük Hocaya və əsl vətənsevər igidlərə eşq olsun!”
 
Corner.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, “Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov “Twitter” hesabında yazıb.
 
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub. Portuqaliyalı FİFA referisi Artur Diasın idarə etdiyi görüş Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
 
Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə “Viktoriya”ya uduzan “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO