Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) pley-offda “Bodo Qlimt” (Norveç) üzərində 4:1 hesablı qələbə qazanaraq Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb.
Corner.az xəbər verir ki, matçdan sonra Mahir Emreli də daxil olmaqla “Dinamo”lu futbolçular bu qələbəni bayram ediblər. 25 yaşlı futbolçu bununla bağlı videonu özünün sosial şəbəkə hesabında paylaşıb.
Paltardəyişmə otağında bir neçə ölkə ilə yanaşı Azərbaycanın bayrağının da asılı olması diqqət mərkəzinə düşüb.