22 mart 2026. Bazar günü

Hazardın təpiklədiyi uşaq ən zəngin gənclər arasında


Hazardın təpiklədiyi uşaq ən zəngin gənclər arasında
İspaniya "Real"ının ulduz futbolçusu Eden Hazardın “Çelsi”də oynadığı dönəmdə İngiltərə Liqa kuboku çərçivəsində keçirilən “Suonsi Siti” ilə oyunda təpiklə vurduğu uşaq dünyanın “ən zəngin gənləri” siyahısında yer alıb. Corner.az xəbər verir ki, siyahı “The Times” nəşri tərəfindən hazırlanıb.
 
Bildirək ki, 2013-cü ildə baş vermiş həmin hadisə zamanı topdaşıyan Çarli Morqan vaxt öldürmək üçün topu belçikalı oyunçuna gec atmışdı. Bu üzdən də futbolçu topla birgə uşağı da təpikləmişdi. Həmin hadisə böyük etirazlara səbəb olmuşdu. Yekunda futbolçu Çarlidən üzr istəmək məcburiyyətində qalmışdı.
 
Sonradan Çarli Morqanın zəngin bir iş adamının oğlu olduğu üzə çıxmışdı. Hazırda 20 yaşı olan Çarli özü də artıq Böyük Britaniyanın ən zəngin gənclərindən biridir. Belə ki, yaxın dostu ilə birgə şərab istehsalına girişən oğul Morqan, “The Times” nəşrinin hazırladığı siyahıda 24-cü sırada qərarlaşıb. Onun 40 milyon funt-sterlinqlik bir sərvətə malik olduğu bildirilir.
 






Xəbər news