6 dekabr 2025. Şənbə

Fransalı azarkeşlərdən Ronaldo ilə bağlı aksiya


Fransalı azarkeşlərdən Ronaldo ilə bağlı aksiya
Fransalı azarkeşlər sosial şəbəkədə #RonaldOM həştəqi ilə fləşmob başladaraq, "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonu Marsel “Olimpik”inə keçməyə çağırıblar. Corner.az xəbər verir ki, bu planlaşdırılmamış hərəkət jurnalist Mohamed Henninin Marsel klubunun “7 nömrə”si olan oyunçusu Conatan Klossla bağlı yanlışlıqla video yayımlamasından sonra yaşanıb.
 
Video yayımlanandan sonra azarkeşlər də Marsel klubunun sosial media hesablarına baxmaq qərarına gəliblər və portuqaliyalı oyunçu ilə bağlı fləşmob başladılıb.
 
Bu yay Ronaldonun “Mançester Yunayted”dən ayrılacağı gözlənsə də, oyunçu hələ də "qırmızı şeytanlar"ın heyətində çıxış edir.






Xəbər news