- Xəbər news
- 22:34 14.11.2024
"Berti Foqtsu hazırda futbol stadionundan daha çox qolf meydançası cəlb edir. Ona görə də tez-tez rastlaşmırıq".
Cormer.az xəbər verir ki, bunu Almaniyanın "Ersgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov "Liga3-online" nəşrinə müsahibəsində yığmanın sabiq baş məşqçisi Berti Foqts haqqında danışarkən deyib.
Nazarov 76 yaşlı mütəxəssislə 2014-cü ildə Düsseldorfda təsadüfən tanış olduğunu bildirib: "Artıq neçə ildir ki, bir-birimizi görmürük".
32 yaşlı hücumçu beynəlxalq arenada unuda bilmədiyi qarşılaşmanı da açıqlayıb: "2017-ci ildə Almaniyaya Bakıda 1:4 hesabı ilə uduzduğumuz DÇ-2018-in seçmə matçını unuda bilmirəm. Bir neçə oyun top buraxmayan Almaniyaya qol vurdum. Belə bir seriyanı qırmaq gözəl təcrübə idi. Bu, şübhəsiz ki, əbədi olaraq xatırlanacaq".
Qeyd edək ki, Berti Foqts Azərbaycan millisində 2008 - 2014-cü illərdə baş məşqçi olub. Nazarov 2014-cü ildən yığmanın formasını geyinir.