24 oktyabr 2024. Cümə axşamı

“Əlvida, EKOL” - VİDEO


“Əlvida, EKOL” -  VİDEO

“Neftçi” İK-nin yeni transferi olan millimizin futzalçısı Emin Kürdov 2015-ci ildən çıxış etdiyi “EKOL” klubundakı ən unudulmaz anı Corner.az-a eksklüziv olaraq açıqlayıb.

38 yaşlı oyunçu Yüksək Liqanın pley-off oyununda “Neftçi” İK-ə qalib gələrək finala çıxdıqları oyunda vurduğu qolu heç vaxt unutmayacağını bildirib:

“Azərbaycan Yüksək Liqasında son turun oyunları keçirilirdi. Bu oyun məğlub olsaydıq 3 pilləyə düşəcəkdik. Qalib gəlməklə 2-ci yeri qoruduq. Pley-offda 2-ci yernən oyunlara davam elədik möhtəşəm oyun oldu. “Araz” kimi güclü bir komandaya 2-1 hesabı ilə qalib gəldik”.

Kürdov “EKOL”da çox gözəl günlər keçirdiyini və bu komandada olmaqdan qürur duyduğunu deyib: “Bütün heyətə, xüsusən də, mənə həmişə mehriban olan azarkeşlərə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Əlvida EKOL.Hər şeyə görə çox sağol EKOL komandası.”

Bildirək ki, EKOL bu mövsüm fəalliyyətini dayandırıb.

Həmin qolu sizlərə təqdim edirik:







Xəbər news