24 oktyabr 2024. Cümə axşamı

Dadaşov oynadı, komandası səfərdə uduzdu


Dadaşov oynadı, komandası səfərdə uduzdu
Futbol üzrə İsveçrə çempionatında 6-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Servett”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 1:3.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
 
“Qrasshopper” hazırda 9 xalla 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.






Xəbər news