- Xəbər news
- 15:12 27.11.2025
Rusiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Corner.az-ın məlumatına görə, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” öz meydanında “Krasnodar”la qarşılaşıb.
Şeydayevin adı matçın iştirak ərizəsinə salınsa da, baş məşqçisi ona şans verməyib.
Görüşün əsas vaxt 1:1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran “Krasnodar” 2:1 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.(qol.az)