13 may 2026. Çərşənbə

Dinamo'dan Mahirsiz qələbə


Dinamo'dan Mahirsiz qələbə
Xorvatiya çempionatında 7-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Şibenik”in qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1. Mahir bu görüşü sonadək ehtiyat skamyasından izləyib.
 
“Dinamo” 7 turdan sonra 19 xalla zirvədə qərarlaşıb.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı