24 oktyabr 2024. Cümə axşamı

Barselona'nın futbolçusu evində döyülərək qarət olundu


Barselona'nın futbolçusu evində döyülərək qarət olundu

"Barselona" klubunun futbolçusu Pyer-Emerik Obameyanq İspaniyadakı evində silahlı hücuma məruz qalıb.

Corner.az-ın məlumatına görə, bu barədə "El Pais" polisdəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda, ən azı 4 qarətçinin 33 yaşlı hücumçunu odlu silahla hədələdikdən sonra döyməyə başladığı vurğulanıb. Qarətçilər daha sonra oradan qaçaraq, aradan çıxıblar.

Polis araşdırmalara futbolçunun həyat yoldaşının məlumat verməsindən sonra başlayıb.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq "Barselona"ya yanvarda azad agent kimi keçib. O, İspaniya klubunda 24 oyuna 13 qol və 1 məhsuldar ötürmə müəllifi olub.







Xəbər news