İspaniyanın 20 yaşadək qadın futbolçulardan ibarət milli komandası dünya çempionu olub. Corner.az xəbər verir ki, Pedro Lopesin baş məşqçi olduğu yığma Kosta-Rikada təşkil olunan mundialın finalında Yaponiyanı 3:1 hesabı ilə məğlub edib.
Niderlanda 4:1 hesabı ilə qalib gələn Braziliya yığması isə bürünc medala sahib çıxıb.
“Barselona”nın hücumçusu Salma Paraluelo turnirin ən yaxşı oyunçusu seçilib.