2 fevral 2026. Bazar ertəsi

PFL-də yeni icraçı direktor


PFL-də yeni icraçı direktor

Peşəkar Futbol Liqasında (PFL) yeni kadr təyinatı olub.

Corner.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, rəhbərliyinin qərarına əsasən qurumda icraçı direktor postu təsis edilib və Zaur Hacı-Məhərrəmov bu posta təyinat alıb.

Zaur Hacı-Məhərrəmov 2009-cu ildən AFFA-da fəaliyyət göstərir. Bu müddət ərzində AFFA-da müxtəlif postlarda çalışan Z.Hacı-Məhərrəmov ölkədə keçirilən böyük beynəlxalq yarışlarda da fəaliyyət göstərib. PFL-in yeni icraçı direktoru eyni zamanda beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alır.

Qeyd edək ki, bunadək PFL-də Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov isə texniki idman direktoru kimi təsdiqlənib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO