Futbol üzrə Ukrayna Premyer Liqasında 2-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin çıxış etdiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Minay”ı qəbul edib. Futbolçumuzun komandası bu oyundan inamlı qələbə ilə ayrılıb - 2:1.
Emil bu görüşün iştirakçısı olmayıb. O, görüşü sonadək ehtiyat skamyasından izləyib.
“Aleksandriya” 2 turdan sonra 6 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.