İtaliyanın Rieti şəhərində 17 yaşadək futbolçular arasında keçirilən Skopinyo Kubokunda qrup mərhələsinin püşkü atılıb. Corner.az xəbər verir ki, Azərbaycanı beynəlxalq turnirdə təmsil edən "Neftçi"nin müvafiq yaş qrupundan ibarət komandası C qrupunda İtaliyanın "Roma" və "Lodiciani 1927" kollektivinə rəqib olub.
A qrupu: "Fluminense" (Braziliya), "Fənərbağça" (Türkiyə), "Pol Kantalis" (İtaliya)
B qrupu: "İnter", "Latsio", "Ternana" (hamısı İtaliya)
C qrupu: "Roma", "Lodiciani 1927" (hər ikisi İtaliya), "Neftçi" (Azərbaycan)
D qrupu: "Napoli", "Salernitana", "Napoli Yunayted" (hamısı İtaliya)
Qeyd edək ki, bu gün start götürəcək turnir sentyabrın 2-də başa çatacaq.