"Bolt Yamayka millisinə çağırıla bilər" - federasiya prezidenti
Məşhur atlet Usain Bolt Yamayka millisinin təlim-məşq toplanışına dəvət ala bilər.
Corner.az-ın məlumatına görə, bu barədə yerli federasiyanın prezidenti Maykl Riketts məlumat verib. Onun sözlərinə görə, hazırda Avstraliyanın "Sentral Kost Meriners" klubunda baxışda olan Bolt özünü yaxşı tərəfdən göstərə bilsə, yığmaya çağırıla bilər:"Bolt Yamayka klublarından biri ilə müqavilə bağlamadığı üçün üzüldüm. Bu, onu daha yaxşı izləmək üçün bizə üstünlük qazandırardı. Əgər Bolt kifayət qədər yaxşı olduğunu göstərə bilsə, Yamayka millisinə çağırılacaq. Hər şey nəzarətimiz altındadır. Onun çıxışını diqqətlə izləyirik". (qol.az)