2 fevral 2026. Bazar ertəsi

Poqbaya və bütün futbolçulara çox yazığım gəlir


Poqbaya və bütün futbolçulara çox yazığım gəlir

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Nant”ın baş məşqçisi Antuan Kombuare Fransa millisinin və “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın yaşadığı hadisələrə münasibət bildirib. Corner.az saytı xəbər verir ki, 59 yaşlı mütəxəssis həmyerlisini dəstəklədiyini və onun bu işin öhdəsindən gələcəyini bildirib:

“Poqba ilə bağlı yaşananları ictimai meydanda görmək məni iyrəndirir. Bütün futbolçular üçün bu, çox mürəkkəb məsələdir. İstər ailə daxilində, istərsə də rəsmi dairələrdə. Onların necə təzyiq altında olduğunu heç təsəvvür belə edə bilməzsiniz. Pol Poqbaya və bütün futbolçulara çox yazığım gəlir. 40 ildir bu işlə məşğulam, vəziyyətin necə dəyişdiyini görmüşəm.

Ailələr getdikcə müzakirələrdə iştirak edirlər. Onlar üçün çox çətindir, ona görə də futbolçuları qorumağa çalışmalıyıq. Amma biz hər şeyi bilmirik. Bu qədər pul qazananda ortalıqda o qədər qarğalar dolandığını görürük. Axı bunlar şəxsi məsələlərdir. Düşünürəm ki, Pol bu işin öhdəsindən gəlməyə qadirdi. Bundan sonra Fransa yığmasının heyətində meydançaya güclü qayıtmaq öz əlindədir. Məncə, baş məşqçi Didye Deşam ona kömək edəcək”.

Qeyd edək ki, Pol Poqba böyük qardaşı Matia Poqbanın da aralarında olduğu quldur dəstəsi tərəfindən qaçırılmış və ondan 13 milyon avro tələb olunmuşdu.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO