26 may 2026. Çərşənbə axşamı

Krivotsyuk'lu Visla 1/16 finalda


Krivotsyuk'lu Visla 1/16 finalda
Polşa kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi Plotsk “Visla”sı da bu turnirdə ilk matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Skra”nın qonağı olub. Futbolçumuzun komandası bu oyunda 3:1 hesablı qələbə qazanaraq 1/16 finala vəsiqə qazanıb.
 
Krivotsyuk bu görüşdə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 3-cü dəqiqədə sarı vərəqə də cəzalanıb.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı