"Neftçi” PFK-nın U-17 komandası İtaliyanın paytaxtı Romada təşkil olunan Skopinyo Kubokunda ilk oyununu keçirib. Corner.az xəbər verir ki, Rəşad Hüseynovun rəhbərlik etdiyi "ağ -qaralar" “Roma” klubu ilə qarşılaşıb və minimal hesabla məğlub olub.
“Neftçi” C qrupundakı sonuncu matçında sabah “Lodiciani” klubu ilə üz-üzə gələcək.
İtaliyanın “İnter”, “Latsio”, “Napoli”, “Salernitana”, “Ternana”, “Pol Kantalis”, “Napoli Yunayted”, Türkiyənin “Fənərbaxça”, Braziliyanın “Fluminense” klublarının da iştirak etdiyi turnirə sentyabrın 2-də yekun vurulacaq.