Futbol üzrə Türkiyə millisinin və “Qalatasaray”ın sabiq hücumçusu Hakan Şükür Azərbaycanın Avropa Liqasındakı təmsilçisi “Qarabağ” barədə danışıb.
Corner.az xəbər verir ki, 51 yaşlı keçmiş oyunçu, sosial şəbəkə hesabında açdığı canlı yayımda Azərbaycan çempionun Çempionlar Liqasındakı çıxışı və Avropa Liqasındakı şanslarından söz açıb.