UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin “Sürix” – “Qarabağ” (2:2) matçında zədələnərək meydandan çıxan Kevin Medina hələ də Ağdam klubuna kömək edə bilmir. Corner.az xəbər verir ki, Almaniyada əməliyyat edilən və Portuqaliyada bərpa prosesi keçən 29 yaşlı müdafiəçinin bu ay komandaya qoşulacağı gözlənilir.
Kolumbiyalı futbolçu “İnstagram” hesabında paylaşım edərək, bu sözləri yazıb:
“İ am coming back” (“Geri qayıdıram”).