Xorvatiya çempionatında 8-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Riyeka”nı qəbul edib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1. Mahir də bu görüşün iştirakçısı olub. O, 77-ci dəqiqədə meydana buraxılıb.
“Dinamo” 8 turdan sonra 22 xalla zirvədə qərarlaşıb.