24 oktyabr 2024. Cümə axşamı

Dadaşovlu Qrasshopper'dən darmadağın


Dadaşovlu Qrasshopper'dən darmadağın
Futbol üzrə İsveçrə çempionatında 7-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Vintertur”u qəbul edib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
“Qrasshopper” hazırda 12 xalla 10 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.






Xəbər news