24 oktyabr 2024. Cümə axşamı

Elxan Məmmədov Marsel Desayi ilə görüşdü


Elxan Məmmədov Marsel Desayi ilə görüşdü
FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Fransa millisinin əfsanəvi futbolçusu Marsel Desayi ilə görüşüb. Corner.az xəbər verir ki, görüş ali futbol qurumunun Fransanın paytaxtı Parisdə yerləşən ofisində baş tutub.
 
AFFA-nın sabiq vitse-prezidentinin qonağı olan veteran müdafiəçi onunla fikir mübadiləsi aparıb.
 
Qeyd edək ki, Marsel Desayi futbolçu karyerası ərzində ölkəsinin "Olimpik” (Marsel), İtaliyanın "Milan" və İngiltərənin "Çelsi" klublarında çıxış edib.






Xəbər news