24 oktyabr 2024. Cümə axşamı

Krivotsyukun komandası evdə xal itirdi


Krivotsyukun komandası evdə xal itirdi
Futbol üzrə Polşa çempionatında 8-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Qurnik”i qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Anton Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
 
Son oyunlardakı xal itkilərinə baxmayaraq, “Visla” 8 turdan sonra 17 xalla 18 iştirakçı arasında lider olaraq qalır.






Xəbər news