2 fevral 2026. Bazar ertəsi

Qattuzonun qızının idealı olan futbolçu - FOTO


Qattuzonun qızının idealı olan futbolçu - FOTO

“Valensiya”nın baş məşqçisi Cennaro Qattuzo “Xetafe” ilə oyundan (5:1) sonra komandasının müdafiəçisi Toni Lato haqda fikirlərini bölüşüb.

Corner.az “Sphera Sports”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis, 24 yaşlı futbolçunun qızının idealı olduğunu deyib:

“Qızımın 18 yaşı var, amma Toni Lato onun üçün idealdır. Onun necə insan olduğunu özünüz görə bilərsiz. O, çox təvazökar və zəhmətkeşdir”.

“Xetafe” ilə oyunda Lato 7-ci dəqiqədə qol hesabını açıb.


Lato peşəkar karyerasına “Valensiya”da başlayıb. 2019/2020 mövsümünü icarə əsasında Niderlandın PSV və İspaniyanın “Osasuna” klublarında keçirən ispan oyunçu 2020/2021 mövsümündən etibarən yenidən “Valensiya”da çıxış edir. O, bu mövsüm 4 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Bildirək ki, 4 turdan sonra “yarasalar” 6 xal toplayıb və La Liqada 10-cu pillədə qərarlaşıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO