2 fevral 2026. Bazar ertəsi

Del Pyero Azərbaycanda oynamış keçmiş futbolçunun oğlunu təriflədi


Del Pyero Azərbaycanda oynamış keçmiş futbolçunun oğlunu təriflədi

“Yuventus”un sabiq hücumçusu Alessandro Del Pyero “Napoli”nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya haqda fikirlərini bölüşüb.

Corner.az “Football İtalia”-ya istinadən xəbər verir ki, 47 yaşlı keçmiş oyunçu gürcü futbolçunu inanılmaz olduğunu bildirib:

“Napoli” Kulibali və İnsinyenin gedişindən sonra zəifləyib? Xeyr, məncə "Napoli” daha da güclənib! Baş məşqçi Luçano Spalettinin əməyini çox yüksək qiymətləndirirəm. Birincisi komandanın əla xüsusiyyətləri var. İkincisi Kvaratsxeliya inanılmaz futbolçudur. Onun istedadı var. Düşünrəm ki, o, Avropada oynamaq üçün doğulub.

Kvaratsxeliya cari mövsümün startından əvvəl “Dinamo”dan (Batumi, Gürcüstan) “Napoli”yə keçib. Onun atası Badri Kvaratsxeliya 1997-98-ci illərdə “Kəpəz”də, 1998-2005-ci illərdə isə “Şəmkir”də oynayıb. Badri Azərbaycan milli komandasının da formasını geyinib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO