- Xəbər news
- 22:34 14.11.2024
"Qrasshopper" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrə Super Liqasında avqustun ən yaxşı futbolçusu seçilib.
Corner.az-ın məlumatına görə, 23 yaşlı forvard azarkeşlər arasındakı səsvermədə bütün rəqiblərini qabaqlayıb.
Gənc forvard hazırda 3 qol və 1 məhsuldar ötürmə ilə bombardirlərin siyahısında 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Renat Dadaşov "Qrasshopper"ə cari mövsümün əvvəlində İngiltərənin "Vulverhempton" klubundan keçib.