24 oktyabr 2024. Cümə axşamı

Traktor'dan növbəti qələbə


Traktor'dan növbəti qələbə
Futbol üzrə İran çempionatında 6-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda “Sanat Naft”ı qəbul edib. “Traktorçular” bu oyundan minimal hesablı qələbə ilə ayrılıb - 1:0.
 
Ardıcıl ikinci qələbəsini qazanan “Traktor” 6 turdan sonra 8 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.






Xəbər news