24 oktyabr 2024. Cümə axşamı

Mahirli Dinamo'dan çətin səfər qələbəsi


Mahirli Dinamo'dan çətin səfər qələbəsi
Xorvatiya çempionatında 9-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Qoritsa”nın qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Mahir də bu görüşün iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb.
 
“Dinamo” 9 turdan sonra 25 xalla zirvədə qərarlaşıb.






Xəbər news