24 oktyabr 2024. Cümə axşamı

Krivotsyuk məğlubiyyəti kənardan izlədi


Krivotsyuk məğlubiyyəti kənardan izlədi
Futbol üzrə Polşa çempionatında 9-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Radomiak Radom”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. 
 
Anton Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü yenə sonadək ehtiyatda qalıb.
 
“Visla” 9 turdan sonra 17 xalla 18 iştirakçı arasında lider olaraq qalır.






Xəbər news