24 oktyabr 2024. Cümə axşamı

Dadaşovlu Qrasshopper darmadağına üzüldü


Dadaşovlu Qrasshopper darmadağına üzüldü
Futbol üzrə İsveçrə çempionatında 8-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Bazel”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda böyükhesablı məğlubiyyətlə üzləşib - 1:5.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
 
“Qrasshopper” 8 turdan sonra 12 xalla 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.






Xəbər news