- Xəbər news
- 22:34 14.11.2024
Peşəkar Futbol Liqası "Turan Tovuz" azarkeşi Əli Məmmədovun 44 günlük Vətən müharibəsində dilə gətirdiyi arzusu haqqında sujet hazırlayıb.
Corner.az-ın məlumatına görə, "Bir əsgərin "Turan" arzusu" adlı sujetdə əsgərin AFFA-ya müraciəti və müharibə dönəmindəki fotoları yer alıb.
Vətən müharibəsi vaxtı “Arzum, istəyim “Turan Tovuz”un Premyer Liqaya yüksəlməsi, Premyer Liqada oynamasıdır” deyən Əli Məmmədov Tovuz təmsilçisinin "Kəpəz" üzərində 2:0 hesabı ilə qələbə qazandıqları Premyer Liqanın VI tur matçında iştirak edib.
Klubun icraçı-direktoru Nadir Nəbiyev ona 44 nömrəli forma və mövsümi bilet təqdim edib.