2 fevral 2026. Bazar ertəsi

Nağıyevin komandası Minay'la bacarmadı


Nağıyevin komandası Minay'la bacarmadı
Futbol üzrə Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Minay”ı qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətə üzləşib - 1:2.
 
Nağıyev bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
 
“İnqulets” 4 oyundan sonra cəmi 2 xalla 14 kollektiv arasında 12-ci sırada qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO