24 oktyabr 2024. Cümə axşamı

Qarabağ Hayduk'a ilk oyunda uduzdu


Qarabağ Hayduk'a ilk oyunda uduzdu
UEFA Gənclər Liqasının Çempionlar yoluna start verilib. Corner.az xəbər verir ki, “Qəbələ”nin U-19 komandası da 1-ci mərhələdə mübarizəyə başlayıb.
 
Azərbaycan çempionu səfərdə Xorvatiya “Hayduk”unun qonağı olub.
 
Görüş qarşılıqlı hücumlarla başlayıb. 19-cu dəqiqədə Xəyal Səmədovun yaddaqalan zərbəsini rəqib qolkiper qurtarıb. Hissənin ortalarında hücumlarını artıran meydan sahibləri 25-ci dəqiqədə əllə oyuna görə təyin olunan penalti ilə hesabı açıb. İlk qoldan fasiləyədək qarşılıqlı hücumlar davam etsə də, hesab dəyişməyib.
 
İkinci hissəyə hər iki komanda əvəzetmələrlə başlayıb. Fasilədən az sonra “Hayduk” növbəti qolunu vurub. Oyunda dönüş yaratmağa çalışan “qırmızı-qaralar”ın heyətində Mehrac Baxşalı fərqlənməyə yaxın olsa da, onun zərbəsini qapıçı dəf edib. Matçın sonlarında “Qəbələ” fəallığı bir qədər də artırıb. Sənan Ağalarovun zərbəsinin qarşısını yenə qolkiper alıb. Mehrac Baxşalının cərimə zərbəsi yaddaqalan alınsa da, top çərçivəyə düşməyib. Ardıcıl hücumlarını davam etdirən “qırmızı-qaralar” buna baxmayaraq qapısında üçüncü qolu görüb.
 
Xatırladaq ki, komandalar arasında cavab görüşü oktyabrın 4-də Qəbələdə baş tutacaq.
 
UEFA Gənclər Liqası
Çempionlar yolu, 1-ci mərhələ, ilk oyun
12 sentyabr
 
Hayduk – Qəbələ 3:0
Qol. Vrtsiç, 24-pen. Kaluşiç, 51. Nazor, 83.






Xəbər news